Xəbər veriyimiz kimi Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirib.
Unikal.org xəbər verir ki, müşavirədə veteran pambıqçılar Prezidentin övladı Heydər Əliyevi prezident kimi görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik.
Çıxış edən Kamilxan Rüstəmova: "-¦Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək.
Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm
Fatma Hüseynova: "-¦O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.