"Belə bir vəziyyətdə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə edəcəyinə inanmıram
Bu fikirləri Unikal.org-a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, Sarkisyan hakimiyyəti erməni lobbisi ilə birgə Azərbaycan əleyhinə təxribatların miqyasını genişləndirir:
"Son bir ayda Ermənistannın və erməni lobbisinin Azərbaycana qarşı təxribatlarının miqyası bir az da artıb. Azərbaycana əleyhinə bütün bu təxribatlar getdikcə genişlənir. Müstəqil Dövlətlər Birliyinin Bişkek toplantısında Ermənistan prezidenti Serjs Sarkisyan təxribat törətmək istədi. Azərbaycanın ünvanına aşağılayıcı fikirlər səsləndirdi. Prezident İlham Əliyev tərəfindən layiqli cavabını aldı. Bu bir daha onu göstərir ki, Ermənistan masa arxasında Dağlıq Qarabağla bağlı heç bir addım atmaq istəmir.
E.Şahinoğlu bildiri ki, Aprel döyüşlərindən sonra Azərbaycan tərəfində Rusiyanın Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ilə bağlı fikirlər var idi: "Hazırda Ermənistan hakimiyyəti heç bir adım atmaq istəmir. Erməni lobbisi ilə birgə Azərbaycan əleyhinə təxribatların miqyasını genişləndirir. Belə bir vəziyyətdə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə edəcəyinə inanmıram. Görünür hadisələr cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə doğru gedir.
Həsən Babayev