Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya məktub ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah diləyirəm".