Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevi ölkəsində qəbul etməyə hazırdır.
Unikal.org xəbər verir ki, bu barədə Ollandın Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktubda bildirilir.
"İcazə verin, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sabit həllinə yönələn addımlara sadiqliyimi bir daha təsdiqləyim. Həlli fövqəladə dərəcədə uzanan bu münaqişədə irəliləyişə nail olmaq üçün müzakirələrin həyata keçiriləcəyi görüşü Parisdə keçirməyə hazıram, - deyə Olland bildirib.