Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsi ölkə mətbuatına ünvanladığı press relizdə Semra Nusal adlı xanım tələbə Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlı kimi təqdim edildi.

Bu xəbər ölkənin tanınmış informasiya resurslarında ictimaiyyətə təqdim edildi.

Universitetin Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vüsalə Məmmədova Unikal.org-a bu məlumatın onlara Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondundan daxil olduğunu deyib.

Unikal.org kiçik araşdırma apararaq məlumatın tamamilə yanlış olduğunu üzə çıxarıb. Belə ki, Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondundan sorğumuza cavab olaraq bildiriblər ki, 2001-ci ildən bu vaxta qədər 28 azərbaycanlı tələbəyə təqaüd verilib. Semra Nusalın bu təqaüdü qazanan ilk azərbaycanlı olması tamamilə yanlış məlumatdır.

Qeyd edək ki, Almaniya Federativ Respublikasının Berlin Nümayəndələr Palatasının Maliyyələşdirdiyi Təhsil Foundu 1994-cü ildə yaradılıb.