"Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər raketlərinin nümayişinə verilən cavablar idi".
Bu fikirləri Unikal.org-a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan "İsgəndər raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə prinsipinə məhəl qoymayacaq:
"Ermənistanın Rusiya istehsalı olan "İsgəndər raketlərinə malik olması xəbərinin yayılmasına reaksiya Azərbaycan XİN-dən deyil, Müdafiə Nazirliyindən gəldi. Nazir Zakir Həsənovun sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirədə əsas cümləsi bu oldu: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq.
Bu cümlədə söhbət konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən getmir, "düşmənin bütün ərazisi fikri işlədilir. Yəni bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan "İsgəndər raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə prinsipinə məhəl qoymayacaq. Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər raketlərinin nümayişinə verilən cavablar idi".