Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 23-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 22-i ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6292 səviyyəsində müəyyən olunub.

Beləliklə, dollar avqustun 31-dən etibarən ilk dəfə 1,63 manat səviyyəsindən aşağı düşüb.