Meşədə yüzlərlə at və eşşək leşi aşkarlandı.

Unikal.org ARB Şəkiyə istinadən xəbər verir ki, Şəkidə at və eşşəklərin kütləvi qətliamı olub. Bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Ancaq heyvan cəmdəklərinin sayını nəzərə alsaq, bu kəlməni əminliklə işlədə bilərik - Qətliam.

Təqdim etdiyimiz görüntülər sizi dəhşətə salacaq. Görüntülərə diqqətlə baxsanız, 100-dən çox at və eşşək leşi atıldığını görə bilərsiniz. O leşlərin niyə orada olduğu maraqlıdır. Yəqin ki, aidiyyəti qurumlar tezliklə hərəkətə keçəcəklər. Bəlkə də bu ətlər bizim qazanlarımızda qaynayır.