Prezident İlham Əliyev tanınmış veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadova fərdi təqaüd ayırdı.
Unikal.org xəbər verir ki, bu barədə ölkə başçısı sərəncam imzalayıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraqqərara alıram:
1. Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".