Azərbaycan Prezidenti İlham Əliyev tanınmış dirijor Ağaverdi Paşayevlə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev "Şöhrət ordeni ilə təltif edilsin.

Prezidentin həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə ansamblın aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:


"Əməkdar incəsənət xadimi

Atayev Fəxrəddin Qəhrəman oğlu


"Əməkdar artist

Əliyev Telman Adil oğlu

Əsədov Çingiz Eynulla oğlu

Qubadov Ceyhun Şahbala oğlu

Şahmuradova Nigar Oqtay qızı

Şahmuradova Viktoriya Aleksandrovna

Talıbzadə Xuraman Səmədağa qızı.