"Ağ Yol Vətəndaş Hərəkatının sentyabrın 26-da keçiriləcək referendumla bağlı bəyanat yayıb.
Unikal.org xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan
müstəqillik əldə etdikdən sonra dövlətçiliyin gücləndirilməsi, iqtisadiyyatın
inkişafı və digər sahələrdə böyük inkişaf yolu keçib. Son 25 ildə həyata
keçirilən məqsədyönlü siyasi kurs nəticəsində Azərbaycan müstəqil siyasət
yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən,
dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü
olan nüfuzlu ölkəyə çevrilmişdir. Eyni zamanda, bu müddət ərzində ölkəmiz dəfələrlə
xarici təhdidlərə məruz qalıb, müharibə ilə üzləşib, müstəqilliyimiz təhlükə
altında düşüb. Amma ölkə rəhbərliyinin müdrik idarəetmə məharəti, düzgün daxili
və xarici siyasət, aparılan islahatlar dövlətimizi təhlükələrdən qorudu və ölkəmiz bu çətin sınaqlardan uğurla çıxdı.
Mövcud durum - dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması
hüquqi sferada islahatların aparılmasını zəruri edir. Son bir neçə ilin təcrübəsi
göstərir ki, 1995- ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət
və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların
qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək,
habelə bürokratiya və digər neqativ halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə
təkmilləşdirilməlidir. Bu mənada cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə
hazırlanan Konstitusiya islahatları dövlətimizin vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini
daha etibarlı şəkildə qorumaq, iqtisadi inkişaf tempinin dinamikliyinin
saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının
sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
"Ağ
Yol Vətəndaş Hərəkatı Konstitusiya islahatları ilə bağlı sonuncu təşəbbüs bəyan edilən ilk gündən bu prosesdə fəal
iştirak edib, sosial şəbəkələrdə islahatların vacibliyinə dair informasiyalar
paylaşıb, ayrı-ayrı məqamlara aydınlıq gətirmək üçün geniş müzakirələr təşkil
edib. Həmçinin Hərəkatın
üzvləri insanlarla görüşərək islahatların əhəmiyyəti barədə fikir mübadiləsi
aparıblar. Aparılan müzakirələr, təhlillər göstərir ki, Azərbaycan cəmiyyəti,
xüsusilə də, sosial şəbəkə istifadəçiləri sentyabrın 26-da keçiriləcək
referendumu dəstəkləyir, Referendum aktı ilə bağlı dəyişikliklərdə əksini tapan məqamların
ölkəmiz üçün əhəmiyyətini bəyənirlər.
"Ağ
Yol Vətəndaş Hərəkatı Referendumla bağlı təşviqat mərhələsinin uğurla
keçdiyini bəyan edərək, insanların bu mərhələdə xüsusi fəallıq nümayiş
etdirdiklərini, seçicilərlə keçirilən görüşlərdə yüksək
əhval-ruhiyyənin,
izdihamın
yaşandığını bildirir.
"Ağ
Yol Vətəndaş Hərəkatı hesab edir ki, Referendum Azərbaycan xalqının iradəsini
bir daha ortaya qoyacaq, vətəndaşlar ölkəmizin daha da güclü olması üçün 26
sentyabrda səsvermədə aktiv iştirak edəcəklər.
"Ağ
Yol Vətəndaş Hərəkatı referendum seçkisinin Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı
olacağına, yeni iqtisadi tərəqqinin, dayanıqlı inkişafın əsasını qoyacağına əminliyini ifadə edərək, səsvermə
hüququ olan hər bir kəsin sentyabrın 26-da seçki məntəqələrinə gəlib
Konstitusiya islahatlarına dəstək olacağına inandığını qeyd edərək, Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən 2016 - cı il iyulun 18 - də "Ölkə
Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Referendum Aktını dəstəklədiyini bəyan edir".