Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təhsil naziri Mikayıl Cabbarovun ANS-in "Hesabat" verilişində test sistemi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Unikal.org-ın məlumatına görə, C. Valehov qeyd edib ki, təhsil naziri Mikayıl Cabbarov adıçəkilən müsahibədə test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə müsbət tərəflərini qeyd edib: "Sitat:"..Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan asılı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir." Bu cavabdan göründüyü kimi, forma və məzmun tərəflərini fərqləndirmədən söhbət gedir.
Bu elə bir məsələdir ki, əvvəl-axır təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacaq. Bu, testdirmi? Bəli, test ola bilər. Sadəcə, Mikayıl müəllimin qeyd etdiyi kimi, "uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetenesiyaları ölçmək qabiliyyətinə malik olan test olsun".
Yəni bu gün xaricdə oxumağa gedən məzunun biliyini "hə" və "yox"larla deyil, yazı-oxu keyfiyyətləri ilə, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzi ilə yoxlayırlar. Bu yanaşmanı artıq xarici ölkələrdə çoxdan sınaqdan çıxarırlar. Bizdən xaricə oxumağa gedənlər isə bunu yaxşı bilirlər. Hətta ölkəmizin bir sıra ali məktəblərində bu sınaqlardan keçənlər tələbə adını qazanırlar.
C. Valehov qeyd edib ki, burada söhbət romantik vətənpərvərlikdən deyil, əslində hər iki qurumun -Təhsil Nazirliyinin və TQDK-nın rəhbərlərinin elan etdikləri kimi, tədrisin yeni məzmununu ölçən yeni qiymətləndirmə alətlərindən gedir. Bu gerçəklikdir. Dünyanın ən qiymətli əmtəəsi olan biliyin məzmunu o qədər tez dəyişir ki, onu ölçən vasitə də buna adekvat olmalıdır. Təbii ki, burada qiymətləndirmə prosesində insan amilinin istisna olunması əsas şərtdir. Bu, təhsil naziri Mikayıl Cabbarovun "Hesabat" verilişində dediklərindən qısa xülasədir. Yəni bu məsələni şərh edərkən müsahibəyə baxmaq, ən azından Təhsil Nazirliyinin saytında həmin müsahibəni oxumaq olar".
// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[Ss]{1,2}/g);for(var t="",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "unikal.org"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e