Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Unikal.org xəbər verir ki, Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Məlumata görə, Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.