FETÖ yaxın müddətdə Türkiyədə növbəti dəfə dövlət çevrilişinə cəhd edəcək.
Unikal.org xəbər verir ki, bu sözləri pensiyada olan polkovnik Həsən Atilla deyib.
"ABŞ-ın dəstək verdiyi qiyamçılar geri çəkilməyə məcbur oldu. Terrorçulara qarşı aparılan intensiv əməliyyata baxmayaraq, təhlükə hələ də keçməyib. Növbəti çevrilişə hazır olun, çox yaxın zamanda baş verə bilər. Bu, dəqiq məlumatdır. İkinci çevriliş daha qanlı, şiddətli olacaq. Mən sizin vasitənizlə Türkiyəni xəbərdar edirəm. Belə düşünürlər ki, artıq Türkiyə relsinə oturdu, daha bir şey baş verməyəcək. Amerika da daha nəsə gözləmir. FETÖ səssiz qalacaq, PKK daha heç bir şey edə bilməyəcək, onların belini qırdıq. Belə düşünmək bizləri tamamilə uğursuzluğa aparır. Parçalanırıq", - Atilla qeyd edib.
Atilla Kiprdə olan 10 min dəniz piyadasının Türkiyəyə girmə təhlükəsinin yaşandığını vurğulayıb:
"3-4 gün əvvəl İngiltərənin "Deyli Ekspress" qəzeti bir xəbər dərc edib. Deyir ki, Türkiyədə ikinci xaos olacaq. Bizim Kiprdə yerləşən 10 min dəniz piyadası Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək, Türkiyədə etibarlı bölgələr yaradacağıq. Vətəndaşlarımızı hava yolu ilə azad edəcəyik. Baxın, bu, bir işğal planıdır. Burada əsas məqsəd işğaldır".