Lənkəran şəhərində 18 yaşı tamam olmuş 580 nəfər ilk dəfə səs verəcək.
Unikal.org apa-ya istinadən xəbər verir ki,73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov deyib ki, dairə üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. 7 məntəqədə "Rəy monitorinq qrupu və "Vətəndaş Cəmiyyəti Uğrunda təşkilatı "exit-poll keçirir.
APA-nın əməkdaşının müşahidə apardığı 8 saylı məntəqədə seçici aktivliyi müşahidə olunur.