Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki məntəqəsinə gələrək ümumxalq seçkiləri (referendum) ilə bağlı səsvermə hüququndan istifadə edib.
Unikal.org report-a istinadən bildirir ki, o, seçki məntəqəsinə həyat yoldaşı ilə gəlib. MSK sədri və xanımı 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.