Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Avropa Şurasının Venesiya Komissiyasının ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinə bildirdiyi rəyə münasibətini açıqlayıb.

Unikal.org-un xəbərinə görə, R.Mehdiyev jurnalistlərə açıqlamasında Venesiya Komissiyasının rəyinə münasibətinin mənfi olduğunu deyib: "Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir. Referendum Azərbaycana çox şey verəcək.