Bu gün Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Ukrayna ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları da səsvermədə iştirak edirlər.
Unikal.org xəbər verir ki, səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Bu barədə məlumatı Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin rəhbəri Hikmət Cavadov verib: "Kiyev və Ukraynanın digər şəhərlərində daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb. Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradıblar. Diaspor təşkilatı olaraq biz də üzvümüz olan hər bir Azərbaycan vətəndaşının səsvermədə iştirakı üçün zəruri maarifləndirmə işini həyata keçirmişik.
Diaspor sədri həmçinin Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı tələbələrin də referendumda fəallıq nümayiş etdirdiklərini də deyib.