"Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəyir.
Unikal.org bildirir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. O bildirib ki, son illər Azərbaycan ordusunun maddi-texniki bazası gücləndirilib: "Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü ordulardan biridir. Hərbi-texniki əməkdaşlıq sahəsində uğurlar əldə olunub. "ADEX 2016 sərgisi çərçivəsində əməkdaşlıq imkanlarımızı genişlənəcək".
Nazir qeyd edib ki, hazırda 125 məmulatın yaradılması istiqamətində təcrübə uğurla həyata keçirilir.