"Pilotsuz uçuş aparatı olan "Zərbə" Ermənistan ordusunun ölüm kabusuna çevrilib. Ona görə də hazırda Müdafiə Nazirliyi ilə danışıqlar aparılır".
Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir qeyd edib ki, Azərbaycana yüzlərlə pilotsuz uçuş aparatı almaq üçün sifariş verilib:
"Yaxın günlərdə bununla bağlı müqavilə imzalanacaq. Hazırda 125 məmulatın üzərində təcrübə-konstruktur işləri aparılır. Prioritet layihələrdən hava-yer, hava-hava, yer-yer raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır. 280 km məsafədən ballestik raketlərinin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində də işlər həyata keçirilir".
Nazir daha sonra bu yaxınlarda Ermənistanda keçirilən paradla bağlı fikirlərini bildirib. Y. Camalov Ermənistanın müstəqil dövlət olmadığından onun keçirdiyi paradı parad adlandırmayıb: "Rusiyanın Ermənistana verdiyi "İskəndər M" raketi 280 km məsafədən vurur. Onlar da istifadə müddətini başa vurmuş ballestik raketlərdir".