Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.