İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.
Bu barədə Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov məlumat verib. Onun sözlərinə görə, ölkə başçısı bu barədə tapşırıq verib.
"Nümayəndə heyəti 6 nəfərdən ibarətdir. Vida mərasimində mənimlə yanaşı baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev də iştirak edəcək,-deyə deputat bildirib.
Qeyd edək ki, sentyabrın 28-də 93 yaşında vəfat edən mərhum dövlət başçısı ilə rəsmi vida mərasim sabah keçiriləcək. Mərasimdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər iştirak edəcəklər.