Sentyabrın 29-da Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Sankt-Peterburq şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
Unikal.org xəbər verir ki, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.