Türkiyədə şagirdlərin gözü qarşısında özünü binadan tullayan müəllim onları qorxudub.

Unikal.org Türkiyə mətbuatına istinadla bildirir ki, müəllim yanğın zamanı mühafizə barəsində şagirdləri maarifləndirmək üçün qəribə üsula əl atıb. Belə ki, o, yanğın zamanı nə etmək lazım olduğunu göstərmək üçün özünü binadan aşağı tullayıb.

O, yerdə yanğınsöndürənlərin qurduğu hava yastığının üzərinə düşüb. Müəllimin cəsur hərəkəti maraqla qarşılanıb.

Unikal.org fotoları təqdim edir: