"Əgər silahı yerə qoysalar belə, Rusiya İŞİD və "Cəbhət ən -Nüsra" qruplaşmaları ilə heç bir əlaqəyə və danışığa getməyəcək".
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
"Bunlar terrorçu qruplaşmalardır. Onlarla biz heç bir əlaqəyə getməyəcəyik. Terrorçuların hüquqları və ilkin şərtlər barədə heç vaxt müzakirələr olmayacaq. Rusiya onlarla heç bir danışığa getməyəcək", - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.