İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. 1971-ci il təvəllüdlü Fərzəliyev Kamil İdris oğluna məxsus ümumi sahəsi 140 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşını cəlb olunub.

Hadisə zamanı evin 85 kvadratmetrlik hissəsi əşyalarla birgə yanıb. Evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.