Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə məktub yazıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Mən Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verirəm. Dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə dinamik inkişafı məmnunluq doğurur. Birgə səylərimizlə uğurla həyata keçirdiyimiz Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi isə münasibətlərimizə xüsusi xarakter verir.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, qarşılıqlı faydalı əməkdaşlığın və mədəni mübadilələrin möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".