Bakıda baş verən qəza zamanı sürücü ağır xəsarət alıb.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından Report-a verilən məlumata görə, Nərimanov rayonunda ağır yol qəzası baş verib. Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən "Toyota" markalı avtomobilin sürücüsü 25 yaşlı Kamran Nəcəfov idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəklərinə çırpılaraq dayanıb. Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi avadanlığın köməyi ilə sürücünü maşından çıxarıblar. Ağır xəsarətlər alan Kamran Nəcəfov xəstəxanaya çatdırılıb.
Polisdən verilən məlumata görə, qəzaya ilkin səbəb kimi yüksək sürət və yolun yaş olması göstərilir.
Faktla əlaqədar araşdırmalara başlanılıb.