Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakının Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları "VAZ markalı minik avtomobilinin hərəkətini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org -a verilən məlumata əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə olan 1 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 21:58-də başa çatıb.