Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org -un APA-ya istinadən məlumatına görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

"Niva və "Pejo markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - "Pejo markalı maşının sürücüsü, 1972-ci il təvəllüdlü Bəxtiyar Cəfərov və digər sürücü, Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Hüseynov xəstəxanaya yerləşdirilib.