"Ukraynada qətlə yetirilən azərbaycanlı ilə bağlı Azərbaycan və Ukrayna Baş prokurorluqları arasında danışıqlar davam etdirilir".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
O qeyd edib: "Bununla bağlı rəsmi yazışmalarımız olub, telefon danışıqları aparmışıq. Ukraynanın baş prokuroru müraciətimizə ciddi yanaşıb. Ümumilikdə zərərçəkmiş azərbaycanlılarla bağlı qaldırılan cinayət işlərinin hər biri ciddi nəzarətə götürülüb. Bu yaxınlarda Ukraynadakı Azərbaycanlı İsmasının sədri və digərləri Ukraynanın baş prokuroru tərəfindən qəbul ediləcək və bütün bu işlər üzrə lazım olan tədbirlər görülür".
Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət etmişdi.