Roma Papası Fransiskin Azərbaycana sabah baş tutacaq səfərindən heç nə gözləmirəm.

Bu sözləri Unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, milli məclisin deputatı Araz Əlizadə bildirib.

Deputat deyib ki, ümumiyyətlə Roma Papası II Françaisin Ermənistanda dediyi fikirlərdən sonra gözündən düşüb.

"Onun səfəri adi məqsəd daşıyır. Xoş gəlir, səfa gətirir. Dağlıq Qarabağla bağlı onun Ermənistanda dedikləri fikirlər mənim xoşuma gəlməyib. Onun "torpaq nədir ki, bu qədər insan qırılır" fikri məni çox əsəbləşdirib. Roma Papası II Françaisin Bakıda yadına salmaq lazımdır ki, müəqəddəs müsəlman torpaqlarına katoliklər nə qədər səlib yürüşü ediblər. Bir sözlə Papanın səfərindən heç bir gözləntim yoxdur. Vatikan kiçik bir dövlətdir. Onlar ancaq mənəvi məhsuliyyət daşıyırlar.