Kürdəmir rayonunda dərmandan zəhərlənmə faktı baş verib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayonun Pirli kənd sakini, 1993-cü il təvəllüdlü Xanım Mərfət qızı Mirzəliyeva kimyəvi zəhərlənmə diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X. Mirzəliyevaya tibbi yardım göstərilib, vəziyyəti normaldır.