Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Reporta istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şorsulu kəndində qeydə alınıb. Belə ki, Şorsulu kənd sakini Rafət Əzizov idarə etdiyi "KaMAZ markalı yük maşını ilə həmkəndlisi, 42 yaşlı Mətləb Fəxrəddin oğlu Zeynalovu vurub.

Nəticədə piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin Mətləb Zeynalovun vəziyyəti ağır olduğundan o, bu gün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.