Bakı-APA. Dağıstanın Tabasaran rayonunda iki silahlı öldürülüb.

Unikal.org-un məlumatına görə, bu barədə "RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əməliyyat axtarış tədbirləri zamanı bir qrup silahlı şəxs aşkarlanıb və hüquq-mühafizə orqanları silahlıların təslim olmasını tələb edib. Təslim olmaqdan imtina edən silahlılarla atışma zamanı iki silahlı öldürülüb.