Tanınmış Litvalı jurnalist Riçard Lapaitis Avropa təşkilatları qarşısında növbəti dəfə Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini müdafiə etmək məqsədilə Cenevrəyə yollanıb.
Unikal.org xəbər verir ki, jurnalist bu haqda öz facebook səhifəsində yazıb. R.Lapaitis yazır:
Azərbaycanın Dağlıq Qarabağdan olan qaçqınlarının öz doğma ocaqlarına dönmək hüquqlarını bir daha müdafiə etmək məqsədilə Cenevrəyə yollanıram. Belə şey heç vaxt unudulmur-¦
Əcnəbi jurnalist həmin statusunun yanında Qarabağ didərginlərinin fotosunu yerləşdirib. Ondan əvvəlki statusunda isə dağla gedən yol fotosu yerləşdirmiş R.Lapaitis yazıb:
Bu yolla nə vaxtsa kimlərsə öz evlərinə gedirdi. İndi onlar bu yolla gedə bilmirlər. Dağlıq Qarabağ-¦
Xatırladaq ki, Riçard Lapaitis Azərbaycanda 1991-1994-cü illərdə Qarabağ savaşı zamanı ölkəmizin haqlı mövqeyini müdafiə edən obyektiv reportajlarıyla tanınıb. O son onilliklərdə xaricdə dəfələrlə Xocalı faciəsi barədə film və kitablar nümayiş etdirib, çıxışlar edib.