Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür edilib.

Unikal.org-un məlumatına görə, təşəkkürü Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete oxuyub:

Təşəkkürdə deyilir: "Hörmətli Fransisk ata! Biz Azərbaycan Apostol Prefekturasının bütün imanlıları, keşişləri, rahib və rahibələri adından aramızda olduğunuz üçün, möizə zamanı təşviqi sözləriniz üçün və öz həyatını tamamilə Allahın Padşahlığına həsr edərək bizə nümunə olduğunuz üçün Sizə dərin minnətdarlığımı və sevincimi bildirirəm! Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz".

Roma papası təşəkkürə görə minnətdarlığını bildirib və onlara insanlara xidmət etmək üçün həyata keçirdikləri işləri davam etdirməyi tövsiyə edib.