"Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".
Unikal.org bildiri ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib. Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib: Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır".