Gürcüstanın keçmiş müdafiə naziri və deputat İrakli Okuraşvili naməlum şəxslərin hücumuna məruz qalıb.
Unikal.org xəbər verir ki, bu barədə "Interfaks məlumat yayıb. Okuraşvilinin sözlərinə görə, əlində tapança olan iki nəfər onlara hücum edib. Hadisə nəticəsində Okuraşvilinin cangüdəni və üzvü olduğu "Gürcüstan partiyasının fəalı yaralanıb.
Daxili İşlər Nazirliyi hadisəyə rəsmi münasibət bildirməyib.