BƏƏ İŞİD-in dağıtdığı Mosul şəhərinin bərpa olunması üçün 50 milyon dollar ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə əmirliyin informasiya agentliyi olan "WAM məlumat yayıb.
Məlumata görə, vəsait "şəhərin İŞİD-dən azad olunandan sonra bərpa olunmasına xərclənəcək.
Qeyd edək ki, BƏƏ son 5 ildə İraqa 180 milyon dollar dəyərində yardım edib.