Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

99 AC 039 dövlət nömrə nişanlı"Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın "Ford" toqquşub.

Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.