Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.
Unikal.org bu barədə "İnterfaks"a istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, hücum nəticəsində Okruaşvilinin keşikçisi və "Gürcü partiyası"nın fəallarından biri yaralanıb. Onların həyatı təhlükə altında deyil.
Okruaşvilinin sözlərinə görə, hücum edənlər iki nəfər olub. Onlar tapança ilə silahlanmışdılar.
Gürcüstan DİN-i hələ rəsmi şərh verməyib.