Bakıda intihar hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, dünən gecə saatlarında Heydər Əliyev prospekti 99 ünvanındakı binadan orta yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.
İlkin araşdırmalardan sonra intihar edən şəxsin 1982-ci il təvəllüdlü Şirinov Ənvər Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.