Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücünün videosu yayılıb.

Unikal.org -un Avtosfer.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.

Toy karvanında olan "Porsche markalı avtomobilin yolun əksi istiqamətində hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman kimi təqdim edib.

Bu qayda pozuntusuna görə sürücü barəsində 60 manat - 3 ballıq cərimə tətbiq oluna bilər.