Tanınmış teleaparıcı Zaur Baxşəliyevin həyat yoldaşı Günay Baxşəliyeva anasının doğum gününü qeyd edib.
Unikal.org xəbər verir ki, Günay sosial şəbəkədə anası ilə fotosunu paylaşaraq bu sözləri yazıb: "Gözəl, mehriban, zəhmətkeş anamın doğum günüdür. Ömrünü bacı-qardaşlarına, yaxınlarına, həyat yoldaşına, nəvələrinə həsr edən əsl ana. Anam canım qurban. Ananın qədrini ana olandan sonra anlayırsan. Amma onun sənin üçün çəkdiyi əziyyətin milyonda birini belə ödəyə bilmirsən. Həmişə istəmişəm anam kimi ana olum. İnşallah, olaram Əsl anaların qarşısında baş əyib əlllərindən öpürəm. Siz olmasanız biz heç kimik. Allah valideynlərimizə can sağlığı, uzun ömür versin".