"Xaçmaz Regional Elektrik Şəbəkəsinin balans mənsubiyyətinə aid olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlər cari ilin son üç ayı ərzində də həyata keçirilmiş və hazırda da davam etdirilir".
Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin Mətbuat xidmətindən məlumat daxil olub.
110/35/10 kilovoltluq (kV) "Qusar yarımstansiyasının genişləndirilməsi və yenidənqurulması layihəsi çərçivəsində yeni, 26 yuvadan ibarət 10 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) tikintisi başa çatdırılaraq istifadəyə verilib. Eyni zamanda həmin dövrdə yarımstaniyada 35 kV-lik ikinci bölmədə gərginlik transformatoru da quraşdırılıb.
110/35/10 kV-lik "Quba yarımstansiyasında isə bu dövr ərzində 32 yuvadan ibarət 10 kV-lik QPQ-nin tikintisi aparılmış və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Həmçinin sözügedən yarımstansiyada 1 saylı 40 MVA transformatorun 110 kV-lik xətt ayırıcısı, 110 kV-lik 1-ci "Quba hava xəttinin (HX) xətt ayırıcısı, 10 kV-lik "Park, "Qanköçürmə, "Kollec, "Zizik və digər bir neçə HX-lərin yağ açarları təmir edilib.
Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövr ərzində 330/110/10 kV-lik "Xaçmaz, 110 kV-lik "Xudat, "Yalama, "Siyəzən, 35/10 kV-lik "Zeyxur, "Cağar yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da yüksəldilmişdir. Əlavə olaraq bütün yarımstansiyaların güc transformatorlarında ölçü-sınaq işləri də aparılıb.
Xaçmaz REŞ-in 35 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərində (HEVX) də yenidənqurma və təmir işləri aparılmışdır. Belə ki, 330 kV-lik "Yalama - Dərbənd, 110 kV-lik 1-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci və 8-ci "Xaçmaz, "Çarxı, "Xudat-Yalama və digər bir neçə xəttdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Əsaslı və cari təmir qrafikinə uyğun olaraq 150 kilometr məsafədə həmin bu xətlərdə təmir-bərpa işləri həyata keçirilmiş, 600-dən artıq xətt izolyatoru yenisi ilə əvəz olunmuş, 4 dayaq təmir edilmişdir. Hazırda 110 kV-lik "Xudat-Yalama HEVX-də 6 ədəd ağac dayağın yeni metal dayaqla əvəzlənməsi işləri aparılır.
Enerjisinin Ötürülməsi İdarəsindən onu da bildirdilər ki, görülmüş işlər enerjisistemin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, respublikamızın şimal bölgəsində enerjitəchizatı müəssisəsinə daha da keyfiyyətli elektrik enerjisinin ötürülməsinə imkan yaradıb.
Xaçmaz REŞ Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonlarında enerjitəchizatı müəssisəsinə enerjinin ötürülməsini həyata keçirir.