Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün yeni medal təsis edilir.

Unikal.org bildirir ki, Milli Məclisdən APA -ya verilən məlumata görə, bu, "Şücaətə görə medalıdır.

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir.

"Şücaətə görə medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində "Azərbaycan uğrunda sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.