Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.

Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət qulluğu haqqında qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən "milli təhlükəsizlik sözləri çıxarılır. Eyni zamanda "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti sözləri daxil edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilbi, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.