Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 4-də Ağdam, Xocavənd, Tərtər və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Unikal.org -a verilən məlumata görə, Ağdamın Əhmədağalı kəndində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış F1 əl qumbarası aşkar edilərək götürülüb.

Xocavənd ərazisində də əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi OF-530) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Tərtərin Yuxarı Qapanlı kəndi ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, partlamamı hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 4 000 kv.m ərazi yoxlanılıb.

Salyan rayonu Şirvan Milli Parkı ərazisində 13 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 100 mm-lik (PBR-412), 1 ədəd 57 mm-lik top mərmisi (O-271), 1 ədəd 85 mm-lik top mərmisi (O-365), 1 ədəd 45 mm-lik top mərmisi (BR-243), 2 ədəd 100 mm-lik top mərmisi (OF-412), 5 ədəd 37 mm-lik top mərmisi (OR-167) və 1 ədəd PQ raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m. ərazi yoxlanılıb.