Yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılması ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb. Müştərilərdən biri isə bu prosesin necə baş verdiyini lentə almağı bacarıb.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, görüntülərdən sayğacın yanacaq getmədən də çalışdığı aydın olur. Yanacaq doldurma tapanacasını aşağı əydikdə sayğac çalışır, yuxarı qaldırdıqda isə dayanır.

Bu isə yanacaq doldurmaq istəyən müştərilərin aldadılmasına səbəb olur.

Məlumat üçün bildirək ki, görüntülər Lon Ancelesdə çəkilib.

Sözügedən videonu təqdim edirik: